Saleh Məmmədovun Gədəbəydəki adamı öz cibinə işləyir
- 22-08-2020, 09:58
- 888
Məlumata görə, 102 nəfər işçisi olan idarəyə əlavə olaraq “DOST” MMC-nin xətti ilə 105 işçi cəlb olunub ki, onların da fəaliyyəti yalnız kağız üzərindədir. Qeyd olunur ki, rəis həmin şəxslərin məvacibnn 50 faizini özünə götürür.
Gədəbəydən «Dəryaz»qəzetinin redaksiyasına veriləm məlumata görə hər dəfə yağış yağanda sel gəlir və asfalt örtüyün üzərini qum basır ki,belə hallarda hərəkət edən avtomobillər döngələrdə qumlu yollarda qəzaya uğrayırlar. Belə hadisələrdən biri də bu yaxınlarda Baş kənd ərazisində baş verdi. Şıxəli adlı bir sürücü oğlu ilə Başkənd ərazisində hərəkət edərkən döngədə maşın qum örtüklü asfaltın üzərindən sürüşərək dərin dərəyə yuvarlaqlanıb. Nəticədə Şıxəli ciddi xəsarət alıb , oğlunun isə qabırğası sınıb. Halbuki, həmin yollar mütəmadi olaraq 32 saylı Gədəbəy Yol İstismar İdarəsinə qəbul olunan 200 işçilər və texnikalarla təmizlənməlidir. Təssüf ki, həmin işçilərin adları ştatda, kartları isə rəhbər vəzifəlilərin cibində olduğundan rayonda belə hadisələr tez-tez baş verir.
Yİİ- nin ağır texnikaları isə, Qızıltorpaq kəndində «Çobanqara» deyilən ərazidən 500 metr dağın yüksəkliyində, Səhiyyə Nazirliyinin Maliyyə İdarəsinin rəisi Azad və qardaşına məxsus olan, dəyəri milyonlarla ölçülən təmtəraqlı villanın bünövrəsinin qazılmasında və yolunun çəkilməsində 25.000 manat müqabilində İşləyirlər.
Binəvə Dördlər kənd sakinləri isə aylardır 800 metr yolun təmiri üçün ayaq döymədikləri qapı qalmayıb. Hər dəfə də 32 saylı Yİİ-nin rəisi təpəl Firudindən və İcra Hakimiyyətinin rəhbər vəzifəlilərindən eyni sözləri eşidirlər. «Büdcədə pulumuz yoxdur, nə vaxt pul versələr onda da yolunuzu təmir etdirəcəyik».
İnformasiyaya görə, idarənin ştat cədvəlindəki “ölü canlar” arasında F.İbrahimovun həmyerlisi, eyni zamanda həmkarı olan Sumqayıt Yol İstismar İdarəsinin rəisi Şahin bəyin əmisi oğlunun da adı var. Şahinin Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən malikanəsinə öz əmisi oğlu mühafizəçilik edir, onun da məvacibini adının getdiyi, özünün işləmədiyi 32 saylı Yİİ ödəyir.
Biz, cənab İbrahimovdan soruıduq ki,sizin bu maxinasiyalardan “Azəravtoyol” ASC sədri cənab Saleh Məmmədovun və hörmətli İcra Başçısı İbrahim Mustafayevin xəbəri varmı?
— Bir qarış boyu olan bu “təpəl bir şivən qopartdı ki, gəl görəsən.” Niyə bilmirlər, icra başçısı öz şəxsi işlərininin hamısını mənə gördürür, Saleh müəllimin şöbə müdirləri isə yaxın qohumlarını mənə fəhlə kimi işə qəbul etdirib, öz villasında “axran” saxlatdırırlar.
Araşdırmalarımız zamanı məlum oldu ki, idarənin ştat cədvəlindəki “ölü canlar” arasında F.İbrahimovun həmyerlisi, eyni zamanda həmkarı olan 1 saylı Yol İstismar İdarəsinin rəisi Şahin bəyin əmisi oğlunun da adı var. Şahinin Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən malikanəsinə öz əmisi oğlu mühafizəçilik edir, onun da məvacibini adının getdiyi, özünün işləmədiyi 32 saylı Yİİ ödəyir. Şahinin qardaşı İlham isə “Azəravtoyol” ASC -də şöbə müdiri işləyir.
Artıq Gədəbəylilərin şüurunda F.İbrahimovun barəsində çoxbilmiş, zamanın nəbzini tuta bilən, rayon icra hakimiyyətinin və birbaşa tabe olduğu AAY Dövlət Agentliyinin son illərdə tez-tez dəyişən rəhbərlərinin hamısının qılığına girməyi bacaran məmur obrazı formalaşıb. Rayon ictimaiyyətinin, orta və daha yaşlı nəslin nümayəndələri məhrəm məclislərdə deyirlər ki, F.İbrahimovun yerin üsündə görünən 1 metr 20 santimlik boyu aysberqin yalnız görünən tərəfidir, onun əsas boyu yerin, daha doğrusu asfaltın altındadır.
Mövzya qayıdacağıq.
Qarşı tərəfin də mövqeyini bildirmək haqqını tanıyırıq.
Deryaz.az
Bu maşını da Firudin İbrahimovun oğlu öz dədə malı kimi işlədir.