Balakəndə obyektin açılışı məqsədilə məclis təşkil edən icarədar barəsində toplanmış materiallar məhkəməyə göndərilib
- 21-08-2020, 10:18
- 1 161
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilən zaman icarədar C.Uqalayevanın kişi salonunun açılışı məqsədilə qapalı məkanda 20-yə yaxın şəxsi biryerə toplayaraq məclis təşkil etdiyi və karantin qaydalarını pozduğu aşkarlanıb.
İcarədar barəsində Balakən Rayon Polis Şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.