Qubada polis gücləndirilmiş iş rejimində xidmət aparıb
- 14-08-2020, 12:55
- 756
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən imtahanla əlaqədar Quba Rayon Polis Şöbəsinin əməkdaşları təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə gücləndirilmiş iş rejimində xidmət aparıblar. Həmin yerlərdə sosial izolyasiya qaydalarına riayət olunmasına və ərazidə təhlükəsizliyin təmin edilməsinə şöbə əməkdaşları tərəfindən ciddi nəzarət olunub.