Polis Oğuzda reyd keçirib
- 13-08-2020, 17:09
- 1 089
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən reydlər zamanı bir neçə obyektdə karantin rejiminin qayda və tələblərinin pozulduğu müəyyən edilib. Mağazalarda bəzi satıcı və müştərilərin sosial məsafəni gözləmədikləri, eləcə də tibbi maskadan istifadə etmədikləri aşkarlanıb. Həmin şəxslər barəsində İnizbati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən protokol tərtib edilərək, cərimələniblər.