Ağdam rayon Təhsil Şöbəsinin müdirəsi karantin rejmin pozdu nişan və toy mərasimi keçrib - FOTO
- 31-07-2020, 18:51
- 2 257
Nazirlər Kabineti yanında Operativ Qərargahının bu qərarından təxminən bir ay sonra Prezident İlham Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilməsi haqqında sərəncam verməsi haqqında məlumat yayıldı. Bu məlumat prezident İlham Əliyevin xüsusi karantin rejimin tələblərinə nə qədər önəm verməsini göstərirdi.
Ağdam rayonundan "Yeni Sözçü"qəzetinin redaksiyasına daxil olan bir məlumata görə, məmurlar xüsusi rejim qaydalarını pozmaqdan çəkinmirlər. Məlumata görə Ağdam rayon Təhsil Şöbəsinin müdirəsi Mətanət Misirxanova iyul ayının 9-da qapalı yerdə çoxsaylı insanların iştirakı ilə nişan mərasimi keçirib. Bundan əvvəl isə Təhsil Şöbəsinin müdirəsi Mətanət Misirxanova bacısı oğlunun da toy mərasimi olub.
Mərasimindən çəkilmiş şəkildə də qapalı məkanlarda bütün toy məclislərinin keçirilməsinin qadağan olunması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın 13 mart 2020-ci tarixli qərarının tələblərinin kobud şəkildə pozulduğu aydın görünür.
Məlumata görə, bu şadlıq mərasimləri haqqında Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənovu əvvəlcədən məlumatlandırıb və onun razılığı alınıb. Buna görə hüquq-mühafizə orqanları nişan mərasiminin qarşısını almaq üçün heç bir tədbir görməyiblər.
Məlumatda belə halların bundan əvvəl də baş verdiyi qeyd olunur. Faktla bağlı Prezident Adminstarsiyasının və Təhsil Nazirliyinin hansı tədbir görəcəyini izləməyə çalışacağıq.
Azerbaycanrealligi.com