Oğuzda tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib
- 29-07-2020, 12:00
- 1 239
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən qapalı məkanlarda tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib. Reyd zamanı mağazalarda bəzi satıcı və müştərilərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb. Onlarla aparılan söhbətlər zamanı koronavirus infeksiyasının fəsadları diqqətə çatdırılıb və fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadənin zəruriliyi, mövcud sanitar-gigiyenik qayda və tələblərə riayət etmələrinin vacibliyi izah olunub. Edilən xəbərdarlıqlara baxmayaraq, qaydaları pozmaqda davam edən 11 şəxs barəsində protokol tərtib edilərək, cərimələniblər.