SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Samuxda narkotik yetişdirən şəxs saxlanılıb

Samuxda narkotik yetişdirən şəxs saxlanılıb

Tarix:

27-07-2020, 13:40

/ 1 647 dəfə oxundu.
Samuxda narkotik yetişdirən şəxs saxlanılıb

Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, iyul ayının 25-də Samux RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qarayeri qəsəbə sakini, əvvəllər məhkum olunmuş, Yaşar Sadıqovun Quşqara çayının sol sahilində aqrotexniki qaydada qulluq etdiyi narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Hal şahidlərinin iştirakı ilə əraziyə keçirilən baxış zamanı oradan 12 ədəd çətənə kolu aşkar olunub
Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı Y. Sadıqov çətənə kollarını özü şəxsi istifadə məqsədi ilə becərdiyini bildirib.
Samuxda narkotik yetişdirən şəxs saxlanılıb

Şərhlər

XƏBƏR LENTİ