Tərtərdə RİH-i başçısının sürücüsü hansı əsasla məcburi köçkünə məxsus mənzildə yaşayır?—ŞOK FAKTLAR
- 25-07-2020, 21:58
- 2 527
Bundan əlavə, görəsən dövlətin məcburi köçkünlərə verdiyi mənzillərin kirayə verilməsi haqda jek rəislərinin də xəbərləri varmı?. Məsələn, faktdır ki, Tərtərdə yeni salınmış qəsəbələrin bəzi mənzilləri kirayə verilib və həmin mənzillərdə məcburi köçkün statusu olmayan ailələr yaşayırlar. Məsələn, bir neçə faktın varlığını qeyd edək.
1. Alışanov Elsevər Məhəmməd oğlu- Laçın rayonundan məcburi köçkündür və bu şəxsin 4 nəfərlik ailə üzvlərinin məcburi köçkün statusları olduğundan, onlara dövlət tərəfindən Tərtərdə inşa olunmuş 28-ci binanın 1-ci mənzili verilib. Bu gün həmin mənzildə adını və soyadını qeyd etdiyimiz məcburi köçkün ailəsinin üzvləri deyil, məhz Tərtərin RİH-nin başçısı Müstəqim Məmmədovun sürücüsü yaşayır. Bu haqda icra başçısı lazımı məlumatlara da malikdir.
2. Quliyev Şöhrət Əjdər oğlu-Ağdərə rayonundan məcburi köçkündür və bu şəxsin məcburi köçkün statusu olduğundan, ona dövlət tərəfindən Tərtərdə inşa olunmuş 2-ci binanın 14-cü mənzili verilib. Onu da qeyd edək ki, bu şəxs Tərtər rayonunda qeydiyyatdadır və onun adına rayonun Qaradağlı kəndində torpaq sahəsi və ev var.
3. Sailov Rəhman Allahverdi oğlu- Kəlbəcər rayonundan məcburi köçkündür və bu şəxsin 4 nəfərlik ailə üzvlərinin məcburi köçkün statusları olduğundan, onlara dövlət tərəfindən Tərtərdə inşa olunmuş 5-ci binanın 24-cü mənzili verilib. Bu gün həmin mənzildə adını və soyadını qeyd etdiyimiz məcburi köçkün ailəsinin üzvləri deyil, məhz rayondakı “Yeni qəsəbənin” bağça müdirəsi yaşayır.
Sadaladıqlarımız belə bir faktlardan əlavə, hazırda Abşeron rayonunun Mehdiabad qəssəbəsindəki “Gənclər şəhərciyi”ndə də, məhz məcburi köçkünlər üçün inşa olunmuş mənzillərdə yerli sakinlər kirayədə yaşayırlar. Sual oluna bilər ki, görəsən dövlət tərəfindən məcburi köçkünlərə müvəqqəti sığınacaq məqsədilə verilmiş mənzillərdə kirayədə yaşayanlara şəraiti yaradanlar kimlərdir və belə bir qanusuzluqlardan MİS-i rəislərinin xəbərləri varmı?. Əgər varsa, həmin vəzifə sahibləri tərəfindən niyə lazımi ölçü götürülmür? Hansı əsasla hər ay kirayə verilmiş mənzillərdən 50 manat pul alınır? Dolaşan söz-söhbətlərə görə, bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sturukturlarında elə bir qanunsuzluqlar, elə bir həngamlər, elə bir haqsızlıqlar yaşanır ki, qaçqın və məcburi köçkünlərin çoxu Rövşən Rzayevin bugünkü idarəçiliyinə etiraz edib, sabiq komitə sədri Əli Həsənovun ölənlərinə rəhmət oxuyurlar. Belə olan halda deyirlər: “Yağışdan çıxıb yağmura düşdük”.
Bundan əlavə, görəsən sayı-hesabı bilinməyən sayda qanunsuzluqlara qol qoyan vəzifə sahiblərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli 65 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”ndan xəbərləri yoxdurmu? Necə olur ki, hər ay kirayə verilmiş mənzillərdən təqribən 100 min manatdan çox vəsait yığılır və o halda sual oluna bilər ki, görəsən həmin vəsaitlər hansı sahələr üzrə xərclənir, yaxud da xərclənirmi?
Ümumiyyətlə, bu cür qanunsuzluqların bütün qaçqın qəsəbələrində yaşanması haqda xeyli məlumatlar əldə etmişik. Bütün bunlar haqda növbəti saylarımızda geniş açıqlamalarla çıxış edib, çoxsaylı oxucularımızı yaşananlarla bağlı məlumatlandırmağa da çalışacağıq.
GundemXeber.Az