Başçı qardaşı narkotiklə tutulan müavini ilə bağlı QƏRAR VERDİ

Bölgə

Vəzifəsindən istefa verən Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Aydın Hacıyev rəsmən vəzifəsindən çıxarıldı.

“MediaPost”un məlumatına görə, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Seymur Orucovun müavini Aydın Hacıyev bir neçə gün öncə qardaşı narkotiklə həbs olunduğu üçün o işdən çıxmaq ərizəsini yazmağa məcbur olmuşdu.

Seymur Orucov müavinin istefasını qəbul edərək, onu vəzifəsindən azad edib.