"İcra hakimiyyəti orqanları, bələdiyyələr hara baxırlar?!” - Şabranda RƏZALƏT
- 7-07-2020, 20:19
- 1 240
Sonra da koronavirusa yoluxanların sayının artdığından gileylənirik. Əlbəttə, artacaq. Hələ o tərəfə də keçəcək...
AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı “Sherg.az”a açıqlamasında bildirib ki, məsuliyyət səlahiyyətli şəxslərin boynundadır:
“Düzdür, son illər bu istiqamətdə müəyyən addımlar atılır. Amma yenə də paytaxtdan savayı, digər şəhər və rayonlarda kanalizasiya, zibil qutusu problemi var. Əlbəttə, zibili çayın sahilinə atmaq vətəndaşa da xoş deyil.
Amma başqa çarə qoymurlar. Maraqlıdır, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr hara baxırlar?! Günah vətəndaşda yox, həmin şəhər və ya rayona rəhbərlik edən şəxsdədir. Belə məsuliyyətsiz vəzifə sahibləri ekologiyanın çirklənməsinə, xəstəliklər yayılmasına görə məsuliyyət daşıyırlar.
Düşünürəm ki, bir müddət əvvəl icra hakimiyyəti orqanlarında aparılan islahatlar bu sistemdə çalışan digərləri üçün dərs olmalıdır. Hər halda belə problemlər yaxın müddətdə həllini tapmalı, bölgələrə kanalizasiya xəttləri çəkilməli, zibil qutuları qoyulmalıdır”.