Sərt karantin elan edilən rayonlardan İsmayıllıya istirahətə gələnlər barəsində tədbir görülüb
- 7-07-2020, 15:54
- 1 203
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı icazə müddəti başa çatmış və iş üçün icazələri olub, ancaq istirahət məqsədilə rayona gələn şəxslər müəyyən edilib. Polis əməkdaşları tərəfindən həmin şəxslər barəsində inzibati tənbeh tədbirləri görülüb.
Bu istiqamətdə tədbirlər davam etdiriləcək.