Xaçmaz və Siyəzəndə polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar
- 5-07-2020, 21:03
- 1 368
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, elan edilmiş sərt karantin rejiminin tələblərinə riayət olunması istiqamətində Xaçmaz və Siyəzən Rayon Polis Şöbələrinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar. Polis əməkdaşları xidməti əraziyə ciddi nəzarət edir, xidməti avtomobillərdə olan xüsusi səsgücləndirici qurğu vasitəsilə vətəndaşlara karantin rejimi ilə bağlı məlumatlar verir, avtopatrul və piyada marşrutları ilə xidmətlərini davam etdirirlər. Bundan əlavə rayonların giriş və çıxışlarında müvəqqəti postlar qurulub, nəqliyyat vasitələrinin hərəkətinə ciddi nəzarət olunur.
Elan edilmiş rejim qaydalarını pozan şəxslər aşkarlandıqda isə həmin şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati məsuliyyətə cəlb olunurlar.