Mədəniyyət Mərkəzində xanəndə Maya Cəbrayılova ilə görüş - Hacıqabulda
- 19-04-2017, 17:22
- 56 300
xalqxeber.az xəbər verir ki, Maya xanım növbə ilə Segah, Şur, Çahargah və Bayatı-Şiraz təsniflərini, eləcə də "Yaşa. Azərbaycan!" mahnısını ifa etmişdir. Onu tarda Özal Məmmədxanlı, kamançada Elmar Ələkbərli, nağarada isə Səftər Məmmədov müşayiət edirdilər. Xanəndənin ifaları arasındakı fasilələrdə isə söz natiqlərə: rayon mədəniyyət müəssisələrinin rəhbəri Elnur Əmiraslanova, Maya xanımın orta məktəb müəllimi, onun musiqiyə gəlişinin səbəbkarlarından olmuş Qara Əhmədova, xanəndə həmyerlimizin çalışdığı Bakının Nərimanov rayonunun YAP təşkilatının şöbə müdiri Nizami Babaşova, "Əsrin ziyalıları" jurnalının baş redaktoru, eyni adlı cəmiyyətin sədri Məleykə Göyçəliyə, müstəqil "Mədəni İrs" qəzetinin təsisçisi Mübariz Xəlilova, Maya xanımın həmkəndlisi Seyidzadə Muxtarova verildi. İki saata yaxan davam etmiş tədbir Hacıqabulun mədəni həyatında hadisəyə çevriləcək dərəcədə maraqlı keçdi.