Başqalarını Bakıya çağırmırlar, arxasınca Bakıdan gəlirlər... - Daha bir başçı hədəfdə
- 26-05-2020, 09:31
- 1 320
Aldığımız son məlumata görə, Şəmkirin icra başçısı Alimpaşa Məmmədov Bakıya dəvət olunub.
Vertikal.Az-a bu haqda məlumat Şəmkirdəki qaynaqlardan daxil olub.
Xatırladaq ki, son günlər Alimpaşa Məmmədovla bağlı yerli KİV-də saysız şikayətlər yaylıb. Məhz bu səbəbdən Şəmkir RİH rəhbərinin "silisə çəkiləcəyi" iddia olunur.
Onu da qeyd edək ki, Alimpaşa Məmmədov bu halına da şükür etməlidir.
Çünki başqalarını Bakıya çağırmırlar, arxasınca Bakıdan gəlirlər... Özü də qara maskada...
Əlavə məlumatımız olacaq.
Qarşı tərəfin də münasibətini yaymağa hazırıq.