Şəkidə 1 tondan artıq narkotik bitki məhv edilib - FOTO
- 25-05-2020, 11:50
- 1 667
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun İkinci Biləcik kəndi ərazisində ümumi çəkisi 1 ton 172 kq yabanı halda bitən 7321 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilib. Həmin bitkilər kökündən çıxarılıb və yandırılaraq məhv edilib.