Horadizdə su festivalı keçirilib-FOTOLAR
- 18-04-2017, 13:19
- 57 587
Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar. Qaliblərə Əməliyyat Komitəsi tərəfindən hazırlanmış kubok, diplom, məlumat kitabçaları, qalib komandaya isə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə biletlər təqdim olunub.
“Xəzərdən başlayan su səyahəti” proqramı çərçivəsində Horadiz şəhərindəki “Qəhrəmanlar” parkında möhtəşəmm su festivalı keçirilib, konsert proqramı təşkil olunub.
Minlərlə rayon sakininin iştirak etdiyi festivalda IV İslam Həmrəyliyi Oyunları barədə məlumat verib. Festivalda həmçinin “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanması, Prezident İlham Əliyevin Su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan su səhənginin Horadiz sakinlərinə təhvil verməsi görüntüləri təqdim edilib. Xəzər dənizindən götürülmüş suyun Füzuli rayonunadək keçdiyi səyahət yoluna, o cümlədən Füzuli mərhələsinə nəzər salınıb.
xalqxeber.az xəbər verir ki, Qəhrəmanlar parkında keçirilən festivalı əsl xalq bayramına çevrilib rayon sakinlərində yüksək əhval-ruhiyyə yaradıb.
Su festivalında iştirak edən rayon sakinləri “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su festivalının Horadiz şəhərində təşkil olunmasına görə Azərbaycanın birinci-vitse prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, oyunlar Azərbaycanın dünyada artan nüfuzunun, sosial-iqtisadi inkişafının, ölkəmizdə hökm sürən əmin-amanlığın göstəricisidir.
Festival möhtəşəm su effekti və atəşfəşanlıqla başa çatıb.