Gəncə Şəhər Təhsil İdarəsi müəllimlərdən rüşvət yığır?
- 15-05-2020, 10:05
- 1 373
Gununsesi.org-a daxil olan məlumata görə, Gəncə Şəhər Təhsil İdarəsi orta məktəblərdə pul yığma kampaniyasına start verib. Bildirilir ki, pandemiya tətili səbəbindən işə gəlmədikləri üçün müəllimlərdən pul vermələri tələb edilir. Səbəb kimi də, onlardan on-line dərsləri lazımınca keçməmələri, dərslərə qoşulmamaları əsas gətirilir.
Bununla da hər bir müəllimdən 30-40 və ya 50 manat “haqq” ödəmələri tələb edilir.
Qarşı tərəfin də mövqeyini yayımlamağa hazırıq.