Polis İsmayıllıda vətəndaşlarla maarifləndirici söhbətlər aparıb
- 14-05-2020, 22:00
- 1 447
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları hərəkətin intensiv olduğu, insanların daha çox toplaşdığı ərazilərdə vətəndaşlarla maarifləndirici söhbətlər aparıb, sanitar rejimin tələblərini izah ediblər. Belə ki, insanlarla təmas zamanı 2 metrlik məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu onların diqqətinə çatdırılıb. Həmçinin, RPŞ-nin əməkdaşları tərəfindən maskadan istifadə etməyən vətəndaşlara tibbi maskalar paylanılıb.