ETSN 6 saylı İdarəsinin işçisi vətəndaşa hədə-qorxu gəldi
- 5-05-2020, 12:13
- 1 355
Aktualinfo.org 2 may tarixində vətəndaş Kərimov İlqar Baba oğlunun müraciətini olduğu kimi oxucuların diqqətinə çatdırmış,həm də tədbir görülməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmişdi.May ayının 4-də İlqar Kərimovdan Aktualinfo.org saytının elektron poçtuna növbəti bir məktub daxil olmuşdur.O, yazır:
29 aprel 2020-ci il tarixli müraciətimdən sonra 2 may. axşam saat 19 radələrində özünü ETSN 6 saylı idarə rəisinin müavini kimi təqdim edən birisi mənə zəng edib görüşdü və qəzəbli formada tələb etdi ki, get şikayətini geri götür, de ki, hirsli olmuşam, qanmamışam. Təbii ki,mən razılaşmadım. O zaman o da Əlirza Əliyevin mobil telefonuna yanımda zəng edərək soruşdu ki, sən İlqar Kərimovdan gül kollarının yerinin dəyişdirlməsi üçün 2016-da 2000 manat pul almısanmı? Əlirza təsdiq etdi ki, bəli almışam. Rəis müavini telefonu söndürdü və acıqla mənə bildirdi ki, get nə istəyirsən, hara istəyirsən şikayət et. Baxarıq, heç nə sübut edə bilməyəcəksən Sonra maşına oturub aradan çıxdılar. Bu da şikayətimlə bağlı ETSN yerli 6 saylı idarə rəisi səviyyəsində olan tapşırığın icrası. Hesab edirəm ki, bu dəstəni DİN-nin BMCMİ-si İlqar Qəribovun dəstəsinin cinayət əməllərini ifşa etmək məqsədilə əməliyyat-nəzarət tədbirləri görmüş, onların cinayət əməlləri qeydə alınaraq dəstə rəhbəri və üzvlərinin qanunsuz fəaliyyətləri hərtərəfli araşdırılmışdı. Vəzifəsi meşə sahələrinin qorunması və inkişaf etdirilməsi olan mərkəzin direktorunu və qeyrilərinin cinayət əməlləri təkzibedilməz sübutlarla təsdiq edildikdən sonra saxlanılmışlar. Bax bu dəstəni də belə ifşa etmək lazımdır.