XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Şamaxının icra başçısı ilə bağlı rüşvət qalmaqalı

Şamaxının icra başçısı ilə bağlı rüşvət qalmaqalı

Şamaxının icra başçısı ilə bağlı rüşvət qalmaqalı
30-04-2020, 11:42

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Şamaxı Rayon İcra Hakimiyyətinə də baş çəkə bilər.

ANAXEBER.info-nun məlumatına görə, buna səbəb Şamaxı Rayon İcra Hakimiyyətilə bağlı rüşvət qalmaqalını əks etdirən səsyazısının yayılmasıdır. Səsyazısı bir neçə gün əvvəl sosial şəbəkələrdə yayılıb.
Aydın olur ki, zəlzələr zamanı Zeynəb adı sakinin evinə ciddi zərər dəyib. Lakin müvafiq qurumlar vətəndaşa yardım etməyib. Onun mediaya müraciətindən sonra icra hakimiyyəti hərəkətə keçib. Zeynəb xanıma bildirilib ki, problemi həll ediləcək. Amma bunun üçün vətəndaşdan 5000 AZN-dən çox pul alınıb. Və icra hakimiyyətinin nümayəndəsi ilə söhbətdən belə olur ki, bütün bunlar icra başçısının tapşırığı ilə edilir.
Həmin səsyazısını və Zeynəb xanımın bu barədə açıqlamasını təqdim edirik:

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.