Füzuli RİH-nin başçısı aztəminatlı ailələrə ərzaq yardımı edir
- 20-04-2020, 12:29
- 1 376
Rayon İcra Hakimiyyəti tərəfindən rayonun müxtəlif yaşayış məntəqələrində tənha yaşayan, yaşı 65-dən yuxarı olan o cümlədən aztəminatlı və imtiyazlı vətəndaşların siyahısı hazırlanıb, onlara vaxtaşırı olaraq ərzaq yardımı verilir və digər köməklik göstərilir. Bu günlərdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Horadiz şəhərində yaşayan yaşı 65-dən yuxarı olan o cümlədən aztəminatlı 200-dən çox şəxsə baş çəkərək onlara ərzaq bağlamaları çatdırıb.
Bu nəcib təşəbbüsü razılıq hissi ilə qarşılayan ahıl vətəndaşlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prerzidentinə və Birinci Vitse-prezidentə minnətdarlıqlarını bildiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq yaşayış məntəqələrində olaraq xüsusi karantin rejiminin tələblərinə riayət olunmasının monitorinqi aparır, insanlara karantin rejiminin tələblərinə ciddi riayət etmələrini, özlərinin və ailələrinin sağlamlığı üçün milli həmrəylik nümayiş etdirərək evda qalmalarını tövsiyyə edir.