XAÇMAZ POLİSİ AİLƏLƏRƏ ƏRZAQ YARDIMI ETDİ, ONLARI MARAQLANDIRAN SUALLARI CAVABLANDIRDI
- 14-04-2020, 21:34
- 1 126
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şöbə əməkdaşları rayonun müxtəlif ərazilərində yaşayan 30-dan çox ailəyə baş çəkərək, gətirdikləri müxtəlif ərzaq məhsullarından ibarət bağlamaları onlara öz evlərində təqdim ediblər. Polislər qonağı olduqları evlərdə yaşlı insanlarla səmimi söhbətlər edərək, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə elan xüsusi karantin rejiminə əməl edilməsinin zəruriliyi barədə danışıblar, onları maraqladıran sualları cavablandırıblar.
Yaşlı rayon sakinləri xüsusi karantin rejiminin tətbiq olunduğu bu günlərdə onları unutmayan və qayğılarına qalan şanlı Azərbaycan polisinə minnətdar olduqlarını bildiriblər.