UCQAR DAĞ KƏNDLƏRİNDƏ KARANTİN REJİMİNƏ RİAYƏT OLUNMASI TƏMİN EDİLİR
- 7-04-2020, 11:48
- 952
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, dağlıq ərazidə yerləşən və 47 kəndi əhatə edən Qonaqkənd Polis Bölməsinin əməkdaşları mütəmadi olaraq kəndlər ərazisində xidmət təşkil edərək, kənd sakinlərini elan edilmiş rejim qaydalarına riayət etməyə çağırırlar. Sakinlərdən lüzumsuz yerə yaşadıqlar evləri tərk etməməyi, zərurət olduğu halda isə təyin olunmuş qaydada icazə sistemi vasitəsi ilə icazə aldıqdan sonra hərəkət etməyi tələb edən bölmə əməkdaşları, hər kəsə “evdə qal” kompaniyasına qoşulmalarının zəruriliyini bildirirlər.
Bu tədbirlərlə yanaşı xüsusi karantin rejimi çərçivəsində polis əməkdaşları tərəfindən kəndlər arasında lüzumsuz yerə nəqliyyat vasitələri idarə sürücülər də saxlanılır, barələrində xəbərdarlıq və ya inzibati qaydada tədbirlər görülərək, sakini olduqları kəndlərə yönləndirilirlər.