XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Rektor koronavirus qadağalarına əməl etmir - Müəllimləri məcburi işə çağırır...

Rektor koronavirus qadağalarına əməl etmir - Müəllimləri məcburi işə çağırır...

Rektor koronavirus qadağalarına əməl etmir - Müəllimləri məcburi işə çağırır...
22-06-2020, 20:51

"Gəncə Dövlət Universitetində əvvəlki illərdən vüsət alan qanunsuzluqlar seriyası davam etməkdədir. Nə barəsində edilən şikayətlər, nə də haqqında yazılan tənqidi yazılara məhəl qoymayan universitet rektoru Yusif Yusibov neqativ hallara rəvac verməkdə davam edir".

Bu barədə Bizimxeber.az-ın elektron ünvanına GDU-nun müəllimləri adından daxil olan müraciətdə qeyd olunub.

Məlumatda qeyd olunur ki, koronovirus təhlükəsindən qorunmaq, yoluxma hallarının sayını minimuma endirmək üçün Respublikamızın bütün təhsil müəssisələrində tədris prosesi tamamilə dayandırılıb. Bundan başqa, bütün işçilər aprel ayının 29-na kimi məzuniyyətə buraxılıblar.

Lakin rektor Yusif Yusibov bütün bu qanunları pozur. Rektor deyib ki, "nəyə görə işçilərə müftə yerə maaş verməliyəm?". Tədris yoxdur, lakin bütün müəllimlər, laborantlar, digər tədris-köməkçi heyəti, bir sözlə universitetin bütün əməkdaşları məcburi işə gəlməlidir. Kafedra müdirləri və dekanlar zəng edib bütün işçiləri məcburi qaydada işə çağırır.

Bundan sonra isə 70 yaşını çoxdan keçmiş, universitetə çəkələtlə gələn, yeriməyə çətinlik çəkən, amma özünü Gəncə şəhərinin birinci xanımı hesab edən deputat Musa Urudun bacısı, Kəpəz rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyevin qaynanası, Gülsüm Fətəliyeva əlinə bir dəftər alıb işçilərin davamiyyətini yoxlayır.

Yusif Yusibovun daha bir özbaşınalığı da meydana gəlib. Rektor göstəriş verib ki, kafedra müdirləri və dekanlar bir aylıq maaşını tam şəkildə, bütün müəllim və laborant heyəti isə maaşının 50 faizini gətirib Fəxrəddin Həsənova və Şahin Xurşudova verməlidir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.