"Karantin vaxtı gəlib qazı kəsdilər..." - NARAZILIQ...
- 1-04-2020, 10:45
- 1 198
Hüseynovlar ailəsinin daha bir problemi qaz xəttinin kəsilməsiylə bağlıdır: “Bu vurhavurda qaz idarəsi də gəlib qazı kəsib, gedib. Ailəlikcə soyuqdan donuruq. İş orasındadır ki, bu gün istiliksiz qalmağımızın səbəbkarı elə qaz idarəsi özüdür. Vaxtında nəzarət etməyiblər, klapan xarab olub, qaz havaya uçub, ancaq sərfiyyat kimi bizim ayağımıza yazıblar, halbuki, dediyim kimi, işlətməmişik, nəzarətçilərin səhlənkarlığı üzündən havaya uçub. Vətəndaş mütəxəssis deyil ki, nəzarət edə, vaxtında xəbər tutub idarəyə bildirə… Bunun üçün qaz idarəsinin işçiləri var, zəhmət çəkib vaxtında nəzarət edəydilər, qarşısını alaydılar. Adama təsir edən odur ki, hər nə səbəb olursa olsun, xalqın indiki durumunda, insanların onsuz da gərgin vaxtında gəlib qazı kəsirlər. Dediyim kimi, evdə yaşlı, xəstə valideynlərim, azyaşlılar var”.
Tural Hüseynov deyir, martın 28-də “Azəriqaz”ın “Qaynar xətt”inə də zəng vurub: “Qaynar xəttə zəng vurdum, vəziyyəti başa saldım, dedim, heç olmasa gəlib xətti birləşdirsinlər, karantin müddəti bitənədək imkan versinlər, başımızı birtəhər saxlayaq, sonra görək nə olacaq. Mənim indi “Azəriqaz”la məsələ aydınlaşdıracaq halım yoxdur. Zənglərimin də heç bir faydası olmadı. Deyirlər, bu virus soyuqda daha da inkişaf edir, evimdə yaşlı insanlar var, axı onlar buna dözə bilməzlər. Xahiş edirəm, səsimizi aidiyyəti qurumlara çatdırın, bizə kömək etsinlər”.