Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna 37,6 min manat köçürüblər
- 30-03-2020, 13:06
- 1 280
Rayon icra hakimiyyətinin əməkdaşları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllülük prinsipi əsasında 37,6 min manat köçürüblər.