Şair Alxasov da xəstəliklə belə "mübarizə aparır"... - İDDİA
- 26-03-2020, 11:53
- 730
Anma təəssüflər olsun ki, bəzi məmurlar hələ də baş verənlərin tam mahiyyətini anlamırlar və hətta epidemiyanı belə özlərinə gəlir yerinə çevirməyə çalışırlar. Bu barədə DİA.AZ-a ünvanlanan müraciətdə yer alıb.
Belə ki, redaksiyamıza yazan qusarlılar iddia edir ki, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov koronavirusla bağlı bütün ölkədə səfərbərliyin elan edildiyi bir ərəfədə epidemiyanı gəlir yerinə çevirib. Sakinlər dia.az-a yazır:
"Bu gün bütün ölkə koronavirusa görə bir yumruq kimi birləşib. Məmurlar, sahibkarlar, hətta şou-biznes adamları da dövlətin yaratdığı mübarizə fonduna pul köçürür. Amma Şair Alxasov xəstəliklə mübarizə adı altında yerli sahibkarlardan və məmurlardan pul toplasa da, onu rəsmi qaydada Koronavirusla Mübarizə Fonduna köçürməyib. Biz bu barədə xəbəri oxumamışıq. Amma bilirik ki, başçının tapşırığı ilə yerli imkanlı şəxslərdən pul yığılıb. Görünür, Şair Alxasov bu dəfə də diribaş tərpənib, vəziyyətdən qazancla çıxmaq istəyir".
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...