XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Laçın əhalisini dövlətə qarşı qaldıranlar niyə cəzalandırılmır?

Laçın əhalisini dövlətə qarşı qaldıranlar niyə cəzalandırılmır?

Laçın əhalisini dövlətə qarşı qaldıranlar niyə cəzalandırılmır?
4-03-2020, 16:05

Laçın obalarında qarışıqlıq yaratmaq istəyənlər kimlərdir?

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Rövşən Rzayevə

Surəti: Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına
Surəti: Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinə
Surəti: Laçın rayon icra hakimiyyətinin başçısı Aqil Nəzərliyə

Hörmətli Rövşən müəllim,

Laçın rayon Şeylanlı Katos kəndinin Taxtakörpü obalarlnda yaşayan sakinləri adından müraciət

Taxtakörpüdə yerləşən Laçın rayon Şeylanlı obasında kənd sakinlərinin məzarlığı mövcuddur. Bu məzarlıq Şeylanlı kənd sakinlərinin birliyinin məzarlığıdır. Şeylanlı obasının torpaqlarının şoranlıq olması səbəbindən orada yaşayan bəzi kənd sakinləri şəxsi təssərüfatlarını çox çətinliklə saxlayırlar. Sözü gedən ərazidə dövlət tərəfindən burada yaşayan sakinlər üçün 2019-cu ildə qəsəbə salınmışdır. Bu evlərin bölgüsü zamanı yerli icra hakimiyyəti orqanları tərəfindən dövlətin müəyyən etdiyi qayda və qanunlara əməl edilməmişdir. Belə ki, (təəssüflər olsun) bəzi "ağsaqqallar" camaatın adından istifadə edərək, evlərin bölgüsü zamanı icra hakimiyyəti və digər dövlət qurumlarında şəxsi maraqlarının üstün tutulmasını təmin etmək üçün hər cür fədakarlıq göstərməkdədirlər.
Bu dırnaqarası ağsaqqalardan Məhiyyədin Mustafayev yaratdığı “planlı” və eyni zamanda süni- ədavətli vəziyyətdən istifadə edərək yerli camaat arasında rayonun icra başçısına qarşı lokal üsyan təşkil etmək niyyətindədir. Bundan sonra isə yaranmış vəziyyətdən istifadə etməklə öz şəxsi mənafelərini dövlət mənafeyindən üstün tutaraq, oğlu Natiq Mustafayevi (Laçın rayon Gənclər və idman idarəsinin rəisi) rayonun icra hakimiyyətinin başçısı kimi görmək niyyətini açıq-aşkar bəyan etməkdədir.
Eyni zamanda 51 saylı evi Məhiyyədin Mustafayev özünəməxsus sifarişlə təmir etdirmişdir həmçinin Məhiyyədin Mustafayev digər oğlu İsmaxan Mustafayevi (Qarakeçdi kənd icra nümayəndəsinin müavinidir ) də məcburi köçkünlər üçün tikilmiş yeni evlərin MİK (Jek) müdiri təyin etdirdiyini açıq şəkildə kənd sakinlərinin arasında dəfələrlə səsləndirmişdir.
Sizdən xahiş edirik ki, bizim müraciətimizin ətraflı incələnməsi üçün lazımi qurumlara müvafiq göstərişlər verib ədalətin bərpa edilməsi üçün bir dövlət məmuru kimi tədbir görəsiniz.


Laçın əhalisini dövlətə qarşı qaldıranlar niyə cəzalandırılmır?

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.