XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Laçın obalarında bir qrup məmur insanları dövlətdən narazı salır

Laçın obalarında bir qrup məmur insanları dövlətdən narazı salır

Laçın obalarında bir qrup məmur insanları dövlətdən narazı salır
3-03-2020, 12:02

Şeylanlı və Katos icra nümayəndələri etirazların alovlanmasına səbəb olur.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Rövşən Rzayevə
Surəti: Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına
Surəti: Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinə
Surəti: Laçın rayon icra hakimiyyətinin başçısı cənab Aqil Nəzərliyə

Laçın rayon Şeylanlı Katos kəndinin Taxtakörpü obalarında yaşayan sakinləri adından müraciət


Hörmətli Rövşən müəllim!
Laçın rayonunun Katos və Şeylanlı obasının bir qrup sakininin sizə ünvanlandığı əvvəlki müraciətə əlavə olaraq aşağıda göstərilmiş məlumatı da diqqətinizə təqdim etmək istərdik:
Adları qeyd edilən üç şəxs 27 fevral 2020-ci tarixdə Ağcabədi şəhərində yerləşən Sabir bağında görüşüb aşağıdakı planları qurublar:

1. Məhiyyədin Mustafayev, Laçın rayonunda keçmiş nüfuzlu məmur
2. Maşallah Baxışov, Şeylanlı kənd icra nümayəndəsi
3. Əli Həsənquliyev, Qarakeçdi və Katos kənd icra nümayəndəsi (Məhiyyədin Mustafayevın oğlu Namiqin qaynı)
Bu üç şəxs Laçın rayonunun icra başçısına qarşı məkrli plan qururaraq, iyrənc hərəkətləri ilə rayon əhalisində icra başçısına qarşı kin-nifrət aşılayaraq narazıçılıqlar yaradıb onu tutduğu vəzifədən azad etdirmək istəyirlər. Planlarının baş tutacağı təqdirdə isə Məhiyyədin Mustafayevin bu vəzifə üçün nəzərdə tutduğu gənc kadrın icra başçısı təyin edilməsinə nail olmaq həvəsindədirlər.
Həmçinin Məhiyyədin Mustafayev öz oğlu Namiq Mustafayevi də məcburi köçkünlər üçün tikilmiş yeni evlərin MİK müdiri təyin etmək istəyini açıq şəkildə kənd sakinlərinin arasında dəfələrlə səsləndirmişdir.
Məhiyyədin Mustafayev bu planlarını Şeylanlı kənd icra nümayəndəsi Maşallah Baxışov və Qarakeçdi kənd icra nümayəndəsi Əli Həsənquliyevin vasitəsilə həyata keçirmək niyyətini açıq şəkildə biruzə verməkdədir. Keçmiş məmur olan Məhiyyədin Mustafayev Şeylanlı və Katos sakinlərinə zəng edərək məcburi köçkünlər üçün dövlət tərəfindən tikilmiş evlərinin
artıq hazır olduğunu və heç bir səlahiyyət sahibi olmadığı təqdirdə belə onlara evlərini şəxsən özünün verəcəyini bildirməkdədir. Bu hərəkətlər isə haqlı olaraq yerli sakinlər arasında narazılıqların yaranmasına səbəb olur.

Hörmətli Rövşən müəllim! Şeylanlı və Katos obası sakinləri adından Sizdən xahiş edirik ki, illərdir çox dözülməz vəziyyətdə və şəraitdə
yaşayan bu insanlara 30 il sonra tikilmiş evlərin ədalətli bölgüsünü təmin etmək məqsədilə rəhbərlik etdiyiniz qurumdan bura bir qrup şəxsi ezam edəsiniz və yerli əhali arasında yaranmış və böyüməkdə davam edən haqlı narazılığın qarşısını alasınız.
Laçın obalarında bir qrup məmur insanları dövlətdən narazı salır

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.