Xızı polisi məktəblilərlə görüş keçirib
- 29-02-2020, 15:34
- 1 980
Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Faiq Hüseynov müasir dövrümüzün ən ağrılı problemlərindən olan narkomaniyanın gənclər arasında yayılma səbəblərindən, onların həyatlarında yaratdığı problemlərdən və bu bəla ilə mübarizə tədbirlərindən danışıb.
Dini radikalizmin fəsadlarından danışarkən o, Azərbaycanın tolerant bir dövlət kimi bütün dünyaya nümunə olduğumu və ölkəmizdə hər bir şəxsin dini inanclarına hörmətlə yanaşıldığını bildirib.
Müəllim və şagirdlər belə maarifləndirici tədbirlərin əhəmiyyətindən danışaraq, təşkilatçılığa görə RPŞ-nin rəhbərliyinə və bütün kollektivinə öz minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda məktəblilərə narkotik maddələrin fəsadları barədə videoçarx nümayiş etdirilib.