SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Zərdabda əhali üsyana qalxdı: "Örüş sahələrini azad edin!" - VİDEO

Zərdabda əhali üsyana qalxdı: "Örüş sahələrini azad edin!" - VİDEO

Tarix:

21-02-2020, 01:36

/ 1 894 dəfə oxundu.
Zərdabda əhali üsyana qalxdı: "Örüş sahələrini azad edin!" - VİDEO

Zərdab rayonunda əhali etiraza qalxıb.

Bununla bağlı hüquq müdafiəçisi Taleh Xasməmmədov məlumat verib. Onun sözlərinə görə, 4 ildir keçmiş icra başçısı Lütfəli Babayevin adamları tərəfindən ələ keçirilmiş örüş sahələrinin azad edilməsi üçün 300 nəfər kənd sakini üsyana qalxıb: "Hazırda polislərlə qarşıdurma və həbs olunanlar var. Bütün bunların səbəbi illərlə yuxarı instansiyalara edilən şikayətlərin nəticəsiz qalmasıdır. Ölkə elə bir hala gətirilib ki, xalq bir qığılcıma bənddir ki, od tutub alışsın".
Zərdabda baş verən etirazlarla bağlı AFN-ə ətraflı məlumat daxil olub.

Bildirilir ki, dünən də etirazlar olub və aksiyaçılar saxlanılıblar. Səbəb isə əvvəldən də deyildiyi kimi, əhalinin istifadəsində olan örüş sahələrinin başqa-başqa adamlara satılmasıdır: "Çallı kəndinin torpaqlarını Bərdədən, Ağdaşdan olan adamlara satıblar. Guya dövlət auksiona çıxarıb. Dünən etirazlar olub, polis adamları saxlayıb, camaat bu gün də qalxıb ayağa ki, ya saxladıqlarınızı buraxın, ya da bizi də tutun. Başçı gəlib kəndə. Adamlar rayon mərkəzinə yürüş edirlərmiş, polis qarşılarını kəsib, rəis müavinini yıxıb keçiblər".

Rayondakı etiraz aksiyasında videonu təqdim edirik:

Şərhlər

XƏBƏR LENTİ