Zaqataladakı seçki saxtakarlığı haqda film çəkildi, PREZİDENTƏ GÖNDƏRİLDİ - VİDEO
- 14-02-2020, 15:22
- 1 653
Nəticələrin ləğv olunması on minlərlə sosial şəbəkə isrifadəçiləri tərəfindən qaldırılan dairələrdən biri də 110 saylı Zaqatala seçki dairəsidir.
Qeyd edək ki, Zaqatala seçkilərinin favoriti Fariz Həsənli olsa da və O 9 minə yaxın səs yığsa da bu dairədən Elşən Musayev qalib elan edilib.
Xatırladaq ki, Elşən Musayev təbliğat-təşviqat mərhələsində seçicilərin sualları qarşısında aciz qalaraq görüşdən qaçması ilə yadda qalmışdı.
İlkin nəticələrin elan olunmasından sonra namizəd Fariz Həsənli ilə yanaşı bu dairədən olan digər namizəd Nurlana Cəlil də seçkinin nəticəsindən narazı olması barədə müraciətini bildirmişdir. O da öz növbəsində qeyd etmişdir ki, seçki müddətində Elşən Musayevin trollarının hücumuna məruz qalmışdır. 110 saylı Zaqatala seçki dairəsinin real favoriti hesab edilən Fariz Həsənli seçki öncəsi və seçki günü ona olunan qanunsuzluqlardan bəhs edən 136 videonu bir araya gətirərək şikayətini MSK-ya, o cümlədən ölkə rəhbərliyinə, Ombudsmana və DTX-ya təqdim etmişdir.
Sosial şəbəkə izləyiciləri Zaqatala seçkilərində Elşən Musayevin üçün təşkil edilən qanunsuz əməllərdən bəhs edən film hazırlamışdır. Filmi sizə təqdim edirik:
Mənbə:Sfera.az