XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » "DSMF rayon şöbəsinə müraciət etsəm də..."

"DSMF rayon şöbəsinə müraciət etsəm də..."

"DSMF rayon şöbəsinə müraciət etsəm də..."
13-02-2020, 10:59

Bu günlərdə poçtumuza Saatlı rayon sakinindən məktəb daxil olub. Məktubu qısa ixtisarla sizə təqdim edirik:

“Mən, Mirzəyev Taçəddin Məhəmməd oğlu 1936-cı ildə anadan olmuşam. Əlli ildən çox gənc nəslin təlim- tərbiyyəsində, onların vətənpərvərlik ruhunda böyüməsində, dövlətə, dövlətçiliyə sədaqətləxidmət etməsində səyimi zəhmətimi əsirgəməmişəm.

Amma bu zəhmətlərimə baxmayaraq cəmi 300 manat pensiya alıram. Aldığım pensiya tək məni qane edər. Ancaq, ailə üzvlərim çoxdur. Ümumiyyətlə, həyat yoldaşımla mənim pensiyamın cəmin, ailə üzvlərimiz arasında böləndə hər adama 42 manat pul düşür. Siz deyin, bu məbləğlə qiymətlərin, kommunal xərclərin günbəgün artığı bir zamanda bu məkanda normal insan kimi yaşamaq olarmı? Heç adambaşına gündəlik 1 manat 50 qəpik belə düşmür.

Oğlum Qadir 207 kq çəkiyə malikdir. Heç bir fiziki işlə məşğul ola bilmir. Ürək qüsurludur. Ona da pensiya vermirlər. Maddi imkansızlığa görə, isə heç bir yerə gedə bilmirəm. Dörd azyaşlı uşağı var. Dəfələrlə Saatlı rayon DSMF rayon şöbəsinə müraciət etmişəm ki, nəvələrimə sosial yardım təyin etsinlər. Lakin müraciətlərim araşdırılmır, çətin durumumuza əlac edən tapılmır.

Mən bu uşaqları nə vaxta qədər ehtiyac içində, dərd-kədər yaşaya-yaşaya böyüdəcəm? Məgər belə zəngin ölkədə onların da normal yaşamaq hüququ yoxdur. Onlara paltar alanda yeməyindən, normal yemək alanda paltar pulundan kəsirəm. Bizə sosial yardımlardan heç pay ayıran yoxdur.

Uşaq pulu vermək əvəzinə onlara ayrılmış pullara özləri üçün şadlıq evləri, villalar tikdirir, bahalı maşınlar alırlar. Bu yaxınlarda Yevlax, Ağstafa, Zakatala və başqa rayonların İcra Hakimiyyətinin başçıları dövlət başçısını necə aldatdıqları ifşa olundu. Görəsən, Saatlı Rayon

Gəlinim Mirzəyeva Təranənin məktəbəqədər tərbiyəçi müəllimə ixtisası var. Dəfələrlə aidiyatı orqanlara, İcra Hakimiyyətinin birinci müavini İlham Quluyevə müraçiət etmişəm. Hər dəfə məni aldadır ki, iş yerimiz yoxdur. Halbuki, mənim müraciətimdən sonra yaxın ərazidə yerləşən uşaq bağçasına heç bir təhsili olmayan bir neçə nəfəri işə qəbul ediblər. Mən rüşvət vermədiyim üçün hər dəfə yalan vədlər verir, sonda işsizlər idarəsinə müraciət etməyimi tövsiyə edirlər.

Rayonda iş yeri olmadığından yeznəm Cavadov Cavad Valeh oğlu 3 nəfər ailə üzvünü mənim üstümə atıb və işləmək üçün Rusiyaya gedib.
Yazdığım şikayət məktublarına başdansovdu cavablar gəlir. Adi bir iş üçün də o qədər sənəd istəyirlər, adam kağız-kuğuzun içində itib-batır

Saatlı rayonunda Məşğulluq İdarəsinə rəhbərlik edən Bayram adlı şəxs işsizlərdən daha çox özünü düşünür. Onun yalanlarından, bəd əməllərindən bezmişik.

Dəfələrlə Saatlı Rayon İcra Hakimiyyətinin birinci müavini İlham Quluyevə müraciət etmişəm. Faydası yoxdur. Görəsən, onun qanunsuz əməllərinə nə vaxt son qoyulacaq?

Saatlıda qanunsuzluq baş alıb gedir. İmkan olsa, bir dəfə bu tərəflərə gəlin, bu dərd-sərlərini işıqlandırın.

Tacəddin Mirzəyev. Saatlı rayonu.

Redaksiyadan. Məktubda qeyd olunanlarla bağlı Saatlı Rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini İlham Quliyevin mobil telefonuna dəfələrlə zəng vursaq da, telefonu açmadı. Amma, bütün hallarda onların da mövqeyini işıqlandırmağa hazırıq. //cenubxeberleri.com//

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.