Zaqatalada sahibkara kimlər zülm edir? - GİLEY
- 3-02-2020, 10:35
- 894
Mən media qurumlarında, televiziya kanallarında mərhum prezidentimiz Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı İlham Əliyevin sahibkarlara qarşı olan diqqət və qayğısı, sahibkarlığın inkişafı üçün verilən sərəncamlar barədə məlumatlıyam və bütün bunları da ruh yüksəkliyi ilə qarşılayıram.
Bu gün prezident sahibkarlara ehtibar edib, fındıq sahələrini genişləndirmək, tütünçülüyü, pambıqçılığı, daxili və xarici turizmi inkişaf etdirmək üçün, yeni-yeni sərəncamlar da imzalayır. Mən 34 ilin sahibkarıyam və kənd təsərrüfatı ilə bərabər, turizm sahəsində də kifayət qədər təcrübəyə malikəm. Nə vaxta qədər xalqın var-dövlətini tarmar edən, milyonlar qazanan cinayətkar məmurların əzabına dözməliyəm? Əsası olmayan böhtanlara məruz qalmalıyam? Nə vaxta qədər meşə təsərrüfatında törədilən ağır cinayətlər, ört-basdır olunacaq?
Mən Zaqatalanın meşə təsərrüfatında törədilən cinayətlərin bir hissəsini qeyd etdim. Prezidentimiz bu gün ölkəmiz üçün, xalqımız üçün əsaslı işlər görür. Siz də ölkə rəhbərinin zəhmətinə qiymət verməklə, biz sahibkarların köməyinə çatın. Əgər mənim yazdıqlarım yalandırsa, o halda mənimlə bağlı cinayət işi açdırın, qoy mənə ömürlük həbs cəzası versinlər. Xahiş edirəm ki, mənim gördüyüm işləri, mənə vurulan ziyanın əhatə dairəsini müəyyən etmək üçün, Zaqatalaya komissiya göndərin. Haqq-ədaləti araşdırmaq üçün, ancaq ümid yeri olaraq sizi müraciət edirəm. Əvvəlcədən Sizə minnətdarlığımı da bildirirəm.
Hacıbəy İsak oğlu Zakatalski,
ağsaqqal sahibkar