Qazaxda İcra Hakimiyyəti müstəqil namizədlə görüşə qadağa qoyub ? - Qazaxda etiraz + FOTOLAR
- 24-01-2020, 10:39
- 1 164
Məlumatda qeyd olunur ki, yerli icra hakimiyyəti dairə ərazisində seçicilərlə görüşlərə ciddi əngəllər yaradılır, görüşə gedən sakinlər hədələnir, onlara müxtəlif vasitələrlə təzyiqlər edilir.
Xatırladaq ki, Yeni Azərbaycan Partiyası bu dairədən Azərbaycanın Avropa Şurasındakı Nümayəndə Heyətinin rəhbəri, deputat Səməd Seyidovun namizədliyini irəli sürüb.
Onun əsas rəqibi “Qərb Resurs Mərkəzi” İctimai Birliyinin rəhbəri, bölgədə tanınmış ictimai fəal Ramil Göyüşovdur.
Görünür, onun əhali tərəfindən ciddi dəstəklənməsi icra hakimiyyətində narahatlıq yaradıb vəmüstəqil namizədə qarşı təzyiqlərə start verilib.