Şəmkirin icra başçısı seçkilərə müdaxilə edir - ŞİKAYƏT
- 21-01-2020, 12:12
- 964
MSK-nın qərarını qanunsuz adlandıran Ceyhun Nəbi Sozcu.az saytına bildirib ki, ona qarşı baş verən saxtakarlığın başında Şəmkirin icra başçısı və DSK-a sədri durur:
“Bu gün MSK-a məqsədyönlü şəkildə DSK-nın qərarını qüvvədə saxladı. Güya mən DSK-nın istəklərini yerinə yetirməmişəm, düzəlişlə bağlı təkliflərdən imtina etmişəm. DSK-nın məndən istəyi bu idi ki, mən imza toplamış şəxsləri DSK-ya dəvət etməliyəm, onlar hesabat verməlidirlər. Mən bu təklifdən imtina etmişdim və bunun qanunvericiliyə zidd olduğunu bildirmişdim. Bu variant işləmədiyinə görə, ikinci variantı işə saldılar. Ailəmə məxsus şərti mülkiyyəti niyə qeyd etməmişəm tələbi ilə mənim qeydiyyatımdan imtina etdilər. Hansı ki, şahidlər var ki, onlar bilirlər ki, ekspert qrupunun rəhbəri Fuad Bədəlov adlı şəxslə söhbətimiz zamanı mənim mülkiyyət məsələmlə bağlı qeydlər müzakirə mövzusu olmayıb. Buna Dilgam Aliev və Elbariz Tağıyev adlı digər namizəd olan şəxslər şahiddir. Bütün bunlar öz yerində. Qeydiyyata almamaq fikri varsa, bəhanəyə problem yoxdur. Azərbaycan bəhanələr, saxtakarlıqlar yuvasıdır. Hər vasitəyə əl atırlar. Bunun arxasında isə İcra başçısı Alimpaşa Məmmədov və DSK sədri Abdulla Sadıqov dayanır. Saxtakarlıq, korrupsiya ruhuna hopmuş bu iki şəxs mənimlə bağlı məqsədlərinə çatdılar. Amma mənddə məqsədimə çatacam. Azərbaycan bizimdir, sadə xalqındır, əzmkar insanlarındır, mübariz əhval-ruhiyyəli vətəndaşlarındır. Məndə müvafiq olaraq işlərimi davam etdirəcəm, həqiqətləri sübut edəcəm və əsl reallığın nədən ibarət olduğunu ortaya qoyacam”.