Beyləqan təhsil müdirinin karyera düzənbazlığı – DSX-dən qovulan Həsən Həşimov necə təhsil müdiri oldu?
- 6-01-2020, 11:57
- 1 189
Amma torpaqları işğal altında olan Azərbaycan üçün yetişməkdə olan nəslin təlim-tərbiyəsinin, o cümlədən, vətənpərvərlik tərbiyəsinin necə strateji əhəmiyyət daşıdığını nəzərə alanda təhsil işçilərinin də bioqrafiyasının həmin şərtlərə cavab verməsi labüd görünür. Bu məsələ bir neçə il öncə ölkəmizin təhsil sistemində FETÖ hörgütü tərəfindən yönətilən müəssisələrin və onlarda çalışan müəllimlərin neytrallaşdırılmasından dolayı aktuallaşmışdı.
Son illər Beyləqan rayon Təhsil Şöbəsinə rəhbər kadr seçimində isə ümumiyyətlə, heç bir konstruktiv meyar gözlənilmir. Axırıncı 3 il ərzində RTŞ müdiri vəzifəsinə 3 dəfə təyinat olub. Təhsil Nazirliyinin etimad göstərdiyi nə Xuraman Rüstəmova, nə Tahir Həsənov üzərlərinə düşən mühüm vəzifənin öhdəsindən gələ bilmədilər və rayon təhsilini tənəzzülə uğratdılar. Hələlik sonuncu olan Həsən Həşimov isə rəhbərlik etdiyi sistemi süquta sürükləyir desək, yanılmarıq. Bunun bir səbəbini də ilk əyintidə – Həsən Həşimovun karyerasındakı qaranlıq məqamlarda axtarmaq lazımdır. Əldə etdiyimiz səhih məlumat görə, o, zabit kimi 8 il xidmət etdiyi Dövlət Sərhəd Xidmətindən məhz yol verdiyi ciddi qanun pozuntularına, qaçaqmalçılarla əlbir olduğuna görə xaric edilib. Sözsüz ki, onun öz xoşu ilə ərizə yazaraq hərbi qulluğu tərk etməsi inandırıcı deyil. O da bildirilir ki, Həsən Həşimov öz karyera yolundakı şübhəli məqamları “ört-basdır” etmək üçün Səfərbərlik Xidmətinin rayon şöbəsindən və digər əlaqəli qurumlardan saxta arayışlar alaraq sonrakı həyatının rahatlığını təmin edib. Bir başqa informasiyaya görə, Həşimov hərbidən “düzüb-qoşduğu” xəstəlik səbəbilə pensiyaya çıxıb. Bundan sonra mülki cəmiyyətdə əməkfəaliyyətinə Beyləqan rayon Xalac kənd orta məktəbində müəllim kimi başlayıb. Sonra da hansısa “qoruyucu mələyinin” köməyi ilə RTŞ müdiri postuna keçid alıb.Düşünürük ki, xüsusi xidmət orqanları Həşimovun dosyesini ciddi araşdırsalar, onun necə yalançı, necə düzənbaz olduğunu üzə çıxararlar.
Qarşı tərəfində söz haqqını tanıyırıq.
RealMedia.az