XAÇMAZ POLİSİ ONLARIN SEVİNCİNƏ QOŞULDU
- 2-01-2020, 00:49
- 1 454
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları həmin ailələrin hər birini ziyarət edərək, onların bayram sevinclərinə qoşulublar. Ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar və hədiyyələr təqdim edən polislər, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə onları təbrik ediblər.
Bayram ərəfəsində Xaçmaz RPŞ-i tərəfindən həyata keçirilən bu təşəbbüs vətəndaşlar tərəfindən də böyük sevinclə qarşılanıb, onlar göstərilən bu diqqət və qayğıya görə başda DİN rəhbərliyi olmaqla, RPŞ-nin rəisinə və bütün polis əməkdaşları minnətdarlıqlarını bildirirlər.