XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Zərdabda Jalə Əliyevaya görə əhaliyə təzyiq edilir - Şəxsiyyət vəsiqələri yığılır

Zərdabda Jalə Əliyevaya görə əhaliyə təzyiq edilir - Şəxsiyyət vəsiqələri yığılır

Zərdabda Jalə Əliyevaya görə əhaliyə təzyiq edilir - Şəxsiyyət vəsiqələri yığılır
30-12-2019, 11:30

Vətəninfo.az saytının baş redaktoru Nahid Canbaxışlı Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə ilə bağlı şok ittihamlar səsləndirib.

N.Canbaxışlı bildirib ki, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadənin və icra başçısının birinci müavini Rəhman Feyzullayevin göstərişi ilə bütün kənd və qəsəblərdə əhalinin şəxsiyyət vəsiqələri toplanıb: “İcra nümayəndələri Jalə Əliyevadan başqa digər namizədliyini irəli sürən şəxslərə imza verilməməsi üçün əhaliyə təyziq edirlər. Bunu da şəxsiyyət vəsiqələrini almaqla həyata keçirirlər”.

Qeyd: 92 saylı Zərdab-Ucar seçki dairəsinin deputatı Jalə Əliyeva bitərəfdir, parlamentin Mədəniyyət komitəsinin sədr müavinidir. Hakim Yeni Azərbaycan Partiyası həmin seçki dairəsindən Əhmədov Urfan Nizaməddin oğlunun namizədliyini irəli sürüb. Baş redaktorun dediklərini nəzərə alsaq, qeyd etməliyik ki, icra başçısı təzyiq üsulu ilə bitərəf deputatı dəstəkləməsi YAP-a qarşı addımdır.

Onu da qeyd edək ki, Jalə Əliyeva saytlarda yayılan məlumatlara görə, sabiq nəqliyyat naziri Ziya Məmmədovun kadrı hesab olunur.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.