Ağsu RİH -dən yeni analoqsuz özbaşınalıq - FOTOFAKT
- 29-12-2019, 11:38
- 2 169
Məqalədə daha sonra deyilir: "Bico kənd sakinlərinin bildirdiyinə görə , başçı yerində otura-otura, “başçılıq” edən hüquq şöbəsinin müdiri Tofiq Kərimov imiş. Tofiq Kərimov sözügedən gülünc olaydan nəinki ibrət dərsi götürdü , əksinə , ümumi istifadədə olan torpaq sahəsinin icarəyə verilə bilməzliyini rayonun baş hüquqşünası kimi torpaq qanunvericiliyinin tələblərinə uyğun olduğu “prinsipi”ni irəli sürdü . Halbuki “Torpaq islahatı haqqında” , “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlarda , Azərbaycan Respublikasının Torpaq Məcəlləsində ümumi istifadədə olan sahələrin qısa müddətə icarəyə verilməsi təsbit olunub . Konkret qanun maddələri ilə rayonun baş hüquqşünasının qanunvericilikdən soraqsız olmasını diqqətə çatdırdıq və bir daha izah edirik ki , gözümüzün qabağında ümumi istifadədə olan parklarda , idman meydançalarında , yollarda nəinki qısamüddətli , hətta çox uzunmüddətli şadlıq evləri , köşklər və digər obyektlər neçə illərdir fəaliyyət göstərir . Gözləmək olardı ki , köhnə “çekist” , yeni icra başçısı , ən azı , tabeçiliyindəki məmurlara təpinər , “İcra hakimiyyətləri haqqında” Prezidentin imzaladığı əsasnaməni oxumağı məsləhət görər . Amma sən saydığını say , gör Ağsu RİH başçısı nə sayaq işləyir .
Bir neçə gün öncə Ağsu rayonu , Pirhəsənli kənd sakinin ünvanına Ağsu RİH -in ay yarım əvvəl - noyabrda işdən çıxarılan birinci müavini Rasim Novruzovun dekabrda imzaladığı 11.12.2019 tarixli məktubu daxil olub . Elə bir neçə gündür ki , bu analoqsuz özbaşınalıqdan baş açmaq olmur . Bəyəm Ağsu RİH başçısı məktub imzalamaqdan belə çəkinir ki , işdən çıxardığı müavinin imzası ilə vətəndaşlara cavab verir ? Ya şablon cavabları əvvəlcədən imzaladıb əlinin altında hazır saxlayır ?
Nə sirrdisə, hələ də açmaq olmur".
Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...