Ağsunun icra başçısı da elə belə işləyir... - İTTİHAM
- 23-12-2019, 11:00
- 871
Məqalədə daha sonra bildirilir: "Yayılan məlumatlarda Yevlaxın keçmiş icra başçısının Qarabağ əlili , şəhid ailələrinə yardım adına yığılan puldan aylıq 8 min manatı çırpışdırması əlil-şəhidin qanına susamaqla yanaşı, mənəvi aşınmanın göstəricisi sayıla bilər . Prezidentin xalqın bir saylı xidmətçisi olduğunu sözdə və işdə göstərməsi , məmurların xalqa xidmət etməli olmasını hər çıxışında təkrarlaması hara , məmurun , icra başçısının Qarabağ əlili , şəhid ailələrinin çörək , qan pullarını yeməsi hara ? Təsəvvür edin , Ağsu RİH başçısı , Pirhəsənli kənd icra nümayəndəliyi və bələdiyyəsi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mütəşəkkil cinayətkar dəstə şəklində kəndin yeganə torpaq sahəsi ayrılmayan yeganə zabit Qarabağ əlilinin 22 ildir istifadəsində olan torpaq sahəsini Heydər Əliyev fondunun adından çıxarılan dələduzluqla ələ keçirib , şəhidi olmayan kənddə kənd sakini olmayan , kənd məktəbində oxumayan , faciəli şəkildə yanaraq dünyasını dəyişən 13 yaşlı uşağın xatirəsinə biri məktəbin həyətində , biri yol qırağında 2 süni bulaq abidəsi inşa edilib! Prezident Administrasiyasından bu “abidə”lərin sökülməsi tapşırılsa da , tapşırığıa hələ də əməl edilməyib , sadəcə üstünə qara örtük çəkilib . Kəndin qəbristanlığını isə bu mənəviyyat dəllalları – icra başçısı , kənd icra nümayəndəliyi və bələdiyyəsi qonşu kəndin icra nümayəndəsinə satıblar".
Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...