Şamaxı icra hakimiyyəti yoxlanılır - Başçının səhhəti pozulub

Bölgə

"Şamaxı rayon icra hakimiyyətində Maliyyə Nazirliyi tərəfindən yoxlama aparılır. Məsələ,rayona keçən il dövlət büdcəsindən ayrılan vəsaitin təyinatları üzrə xərclənib-xərclənmədiyini dəqiqləşdirməkdir". Bunu açıqlamasında Şamaxı RİH-dəki mənbə bildirib.
Mənbə onu da vurğulayıb ki, söhbət təxminən 1,2 milıyon manatlıq vəsaitin şübhəli taleyindən gedir: "İndi bu məsələ araşdırılır. İcra başçısı Asif Ağayev əndişə içindədir. Hətta o qədər narahatdır ki, sağlamlığı da pozulub və dünən axşam saatlarında ona görə təcili tibbi yardım maşını da çağrılıb".

Bütün bu məlumatlarla bağlı Şamaxı RİH-dən də bilgi almağa çalışacağıq. Bizi izləməkdə davam edin.
dia.az