Füzulidə aztəminatlı, cəbhə bölgəsində yaşayan və əlil ailələr üçün sünnət aksiyası keçirilib
- 18-12-2019, 14:08
- 1 646
Füzuli rayonunda yerləşən Diaqnostika Mərkəzində 3 cərrah-həkimi tərəfindən edilən əməliyyatların hamısı uğurlu keçib. Sünnət olunan uşaqlara müxtəlif hədiyyələr verilib.
Xəstəxananın direktoru Şaiq Şükürov deyib: Biz aztəminatlı ailələrə yardım məqsədilə bu aksiyanı keçiririk. Bizim rayonda artıq bir neçə ildir ki, belə aksiyalar keçirilir".
Qeyd edək ki, Füzuli rayon ərazisində belə aksiyalar mütəmadi olaraq keçirilir.