Qazax Rayonlararası Ruhi Xəstəxanada ruhi xəstələri diləndirirlər... - Rəzalət
- 6-04-2017, 10:21
- 112 962
Mənbənin verdiyi bir digər məlumatda isə Qazax Rayonlararası Ruhi Xəstəxanada dəhşət doğuran hadisə baş verib. Beləki, adıçəkilən dövlət müəssəsində xəstələr küçələrdə dilənməyə məcbur edilir. Məlumatlara görə hər gün içib keflənən rəhbərlik xəstələri dilənməyə vadar edir.
Adıçəkilən xəstəxananın bir neçə sakinləri də əməkdaşlarımıza bildirib ki, bir neçə ildir həmin müəssisənin sakinidirlər. Həmin şəxslər səhər saatlarında rayon ərazisinə dilənmək üçün göndərildiklərini iddia ediblər. Onları dediyinə görə, pul qazana bilmədikləri günlərdə müəssisəyə buraxılmır, qapı qarşısında saxlanılıb incidilirlər.
Məlumatlarda da göründüyü kimi adı çəkilən xəstxananın baş həkimi bu yolla da pul qazanmaq istəyir. Xəstəxananının bütün vəsaitlərini özəlləşdirən baş həkim haqda növbəti yazılarda da geniş söhbət açacağıq.
Bizi izləyin...
Bakunews