QUBADA POLİSLƏR AĞAC ƏKDİLƏR
- 6-12-2019, 15:06
- 895
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı Quba Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Süleyman Neymətov və şöbənin bütün şəxsi heyəti iştirak ediblər.
Tədbirin əvvəlində polis əməkdaşları tərəfindən ərazi təmizlənib, əkin üçün lazım olan quyular qazılıb. Daha sonra polislər rayonun iqlim şəraitinə daha uyğun və dözümlü olan şam ağacları əkiblər. Aksiya çərçivəsində RPŞ-nin şəxsi heyəti ümumilikdə 150 ağac əkərək, onlara aqrotexniki qaydada qulluq göstəriblər.
Bundan əlavə, ərazidə abadlıq və təmizləmə işləri görülüb, həmçinin ağacların küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb.