Təzə başçı təhsil şefini də yola salacaq... - İDDİA

Bölgə

Xaçmaz Rayon Təhsil Şöbəsinin müdiri Mədinə Nurməmmədovanın başı üzərini qara buludlar alıb.

KONKRET.AZ bildirir ki, yayılan xəbərlərə görə, məmur xanım yaxın günlərdə vəzifəsini tərk etməli olacaq.

Hətta bir neçə gün ərzində bununla bağlı rəsmi qərar veriləcəyi də gözlənilir.