Xudatlılar təzə başçıdan kömək istədilər... - Müraciət...
- 28-11-2019, 10:01
- 897
Faktinfo.az saytına rayondan verilən və ictimailəşdirilməsi istənilən məlumata görə, Xudat şəhərində kanalizasiya sistemi yoxdur. Əhali dolmuş tualetlərini şəhər inzibati icra nümayəndəliyinin balansında olan 4 zibiltəmizləmə maşını ilə təmizlədirlər. Mövcud vəziyyət hazırda müəyyən çətinliklər yaradır. Bu səbəbdən son illər şəhərdə infeksion xəstəliklər də xeyli artıb.
Qeyd edək ki,şəhər sakinləri bu barədə keçmiş icra başçısı Şəmsəddin Xanbabayevdən dəfələrlə mövcud problemin aidiyyatı təşkilatlar qarşısında qaldırılmasını istəyiblər. Amma o, bu problemə biganə yanaşıb.