Bərdədə aksiya keçirildi, nazir müavini tıxacda qaldı - FOTOLAR

Bölgə

Bu gün Bərdədə yolunda aksiya keçirilib. Aksiya etirazçıları Pambıq Zavodunun işçiləridir.

Aksiyanın səbəbi aylardır ödənilməyən maaşlardır.

Etiraz Bərdə Pambıq Zavodunun rəhbərliyinə qarşı yönəlib və onlara olan münasibəti əks etdirir. Aksiya ilə əlaqədar Bərdə-Ağdam yolunda azı 500 metrlik tıxac yaranıb. Ön hissəyə keçmək mümkün olmadığı üçün fotolar yalnız arxa hissədən çəkilib.

Bu aksiyanın ən böyük şahidi isə mədəniyyət nazirinin müavini Vaqif Əliyevdir. O, Ağdamdakı səfərdən geriyə dönmək üçün yola düşsə də, çətin vəziyyətdə qalıb. Belə ki, o, aksiya səbəbindən bir müddət tıxacda qalıb.