Masallıda Nuh əyyamından qalmış Tibb Məntəqəsi -FOTO
- 5-11-2019, 14:21
- 1 694
Elə bu səbəbdəndir ki, əyalətlərdə təmir-tikinti işləri biabırçı şəkil alıb. Hətta XXI əsr Azərbaycanında elə faktlar mövcuddur ki, utanmadan keçmək mümkün deyil.
Masallı rayonunun Sığınacaq kəndindəki Tibb Məntəqəsi uçmaq üzrədir. Belə ki, çox-çox illər öncə torpaqla suvanmış və ağacla hörülmüş məntəqə Azərbaycanın bu günkü inkişafı ilə tərs mütənasiblik təşkil edir. Məntəqənin durumu o qədər acınacaqlıdır ki, hətta bir çoxları bunu lətifəyə belə çevirib.
Maraqlıdır, Səhiyyə Nazirliyinin bu biabırçılıqdan xəbəri varmı? İnkişaf etmiş bir ölkədə belə utancveriçi halın baş verməsi nə deməkdir?