"İcra başçımızın istefa vermək fikri yoxdur” - Novruz Novruzov vəzifədən getmək istəmir
- 1-11-2019, 12:34
- 1 040
"Novruz müəllim niyə istefa verməlidirki?! Onun 65 yaşı var. Heç bir istefadan söhbət gedə bilməz. Novruz müəllim öz işinin başındadır”.
Bu sözləri KONKRET.az-a açıqlamasında Siyəzən Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiüri Təhminə Bəxtiyarova bildirib. Qeyd edək ki, Novruz Novruzov Prezident İlham Əliyevin 5 aprel 2019-cu il tarixində verdiyi sərəncamla Siyəzən Rayon İcra hakimiyyətinin başçısı təyin edilib. O bundan əvvəl Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Novruz Novruzovun 65 yaşı var.